Azərbaycan Mərkəzi Bankı ‘Money Shop’ Məhdud Məsuliyyətli Cəmiyyətinə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib
GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən “Money Shop” Məhdud Məsuliyyətli Cəmiyyətinə valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün VMF-06 nömrəli lisenziya verilib.
Lisenziya 1 noyabr 2024-cü il tarixində qeydiyyata alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 94-də yerləşir. Şirkət faktiki fəaliyyətini Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 8 ünvanında həyata keçirəcək.
Qeyd edək ki, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün verilən bu lisenziya qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank tərəfindən təqdim edilib.