Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti növbəti pul siyasəti qərarını açıqlayıb. Qərara əsasən uçot dərəcəsi 7.25 faiz səviyyəsində saxlanılıb.
GDP xəbər verir ki, faiz dəhlizinin parametrləri də dəyişməz qalıb. Belə ki, dəhlizin aşağı həddi 6.25 faiz, yuxarı həddi isə 8.25 faiz təşkil edir.
Bu qərar faktiki və gözlənilən inflyasiyanın hədəf çərçivəsində (4±2%) olması, eyni zamanda daxili və xarici iqtisadi mühitin təhlili əsasında qəbul edilib.