2024-cü ilin 6 ayı ərzində Azərbaycan Mərkəzi Bankı 18 yoxlama və 47 nəzarət tədbiri həyata keçirib.
GDP xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumatda bildilir ki, 6 ay ərzində Mərkəzi Bank maliyyə sektoruna 135,609 min manat cərimə və maliyyə sanksiyası tətbiq edib.
Maliyyə sektorunda 37 lisenziyanın ləğvi, dayandırılması və ya məhdudlaşdırılması ilə bağlı tədbir görüb. Belə ki, 6 ayda 28 fiziki və 2 hüquqi şəxs sığorta agentlərinin lisenziyası dayandırılıb, 6 fizki şəxs və 1 müstəsna hüquqi şəxs sığorta agentinin lisenziyası isə ləğv edilib.