Azərbaycan Mərkəzi Bankı “Premium Bank” ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunmasına dair açıqlama verib.
GDP xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinin, habelə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın (Qayda) 3.3.2-ci bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, “Premium Bank” ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.
Qeyd edilir ki, müvafiq pozuntu aradan qaldırılıb.