Mərkəzi Bank “PulPal” MMC-yə münasibətdə təshih tədbirinin tətbiq edilməsi barədə məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən “PulPal” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.