Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “İnkişaf Etməkdə Olan Bazar İqtisadiyyatları üçün AlUla Konfransı”nda iştirak edəcəyini açıqlayıb.
Kazımov bildirib ki, konfrans çərçivəsində inkişaf etməkdə olan bazarların perspektivləri və qlobal iqtisadi artım məsələləri ətrafında müzakirələr aparılacaq.
Mərkəzi Bank sədrinin sözlərinə görə, bu tədbirdə iştirak maraqlı müzakirələrə qoşulmaq üçün əhəmiyyətli fürsət yaradacaq.
Qeyd edək ki, “İnkişaf Etməkdə Olan Bazar İqtisadiyyatları üçün AlUla Konfransı” inkişaf etməkdə olan ölkələrin iqtisadi perspektivlərinin və qlobal maliyyə sisteminin müzakirə olunduğu mühüm beynəlxalq platformadır.