31 iyul 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının məbləği 11 milyard 191,2 milyon dollar təşkil edib.
GDP xəbər verir ki, İyun ayının sonu ilə müqayisədə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 37,3 milyon dollar və ya 0,33% artıb
30 İyun 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 11 milyard 153,9 milyon dollar təşkil etmişdi.
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Mərkəzi Bankın valyuta ehtiyatları 231,7 milyon dollar məbləğində artıb.
Rəsmi valyuta ehtiyatları (mln. USD)
31.07.2025 11191.2
30.06.2025 11153.9
30.05.2025 11094.6
30.04.2025 11062.5
31.03.2025 11026.5
28.02.2025 10991.8
31.01.2025 10988.5
29.12.2024 10959.5