Azərbaycan neftinin orta “break even” yəni tədiyyə balansını tam sıfırlayacaq qiyməti 40 -45 dollar ətrafındadır.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov neft gəlirlərinin azalmasının ölkənin tədiyə balansına təsirlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, neft, qaz qiymətləri mütəmadi olaraq volatil olub. Mən inanmıram ki, dünyada hər hansı bir insan var ki, həm neft qiymətini, həm qaz qiymətini birmənalı olaraq proqnoz eləsin. Proqnoz verən təşkilatlar da mütəmadi olaraq verdikləri qroqnozları dəyişirlər.
Samir Nəsirov qeyd edib ki,geosiyasi vəziyyət, Yaxın Şərqdəki vəziyyət kiçik bir dəyişiklik neft fyuçerslərinin qiymətlərinin növbəti 2- 3 ayda dəyişməsinə səbəb olur və biz də bunların hamısını öz proqnozlarımızda nəzərə alırıq.
Mərkəzi Bank rəsmisi əlavə edib ki, Azərbaycan nefti (Azeri light) üçün orta “break even” qiyməti, yəni bizim tədiyə balansını tam sıfırlayacaq, tarazda saxlayacaq qiymət 40 -45 dollar ətrafındadır.Hazırda neftin qiyməti ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur.