2024-cü ilin altı ayı ərzində Azərbaycanın xarici ticarət balansı 4.6 milyard dollarlıq profisitlə yekunlaşmışdır.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
Mərkəzi Bank rəsmisi qeyd edib ki, bu dövr ərzində ixracımız 12.4 milyard idxalımız isə təxminən 7.8 milyard dollar təşkil edib. Xidmətlər balansının kəsiri neytral mövqedə dayanmaqda davam edir.