Mərkəzi Bank və Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi “Rəqəmsal transformasiya və fintex” mövzusunda birgə təlim təşkil edib.
GDP xəbər verir ki, üçgünlük tədbirdə bank sektorunun rəqəmsallaşması istiqamətində aktual məsələlər müzakirə olunub.
Mərkəzi Bank və kommersiya banklarının əməkdaşlarının qatıldığı təlimdə müasir dövrün tələblərinə uyğun biznes modellərinin qurulması və maliyyə bazarlarının fəaliyyətinin təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Proqram çərçivəsində maliyyə qurumlarının rəqəmsallaşma strategiyaları, açıq bankçılıq xidmətləri və açıq “API” həlləri kimi innovativ yanaşmalar ətraflı təhlil edilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, bu cür beynəlxalq təlimlər ölkənin bank sektorunda rəqəmsal transformasiyanın sürətləndirilməsi və müasir maliyyə texnologiyalarının tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.