Azərbaycan Mərkəzi Bankı, 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayına qədər avto-icbari sığorta üzrə şikayət indeksini açıqlayıb.
GDP xəbər verir ki, Mərkəzi Bankın yayımladığı məlumata görə, “Ataşğah Sığorta” ASC 1,27 ilə yüksək şikayət indeksi göstərir. “Paşa Sığorta” ASC 1,18 ilə orta şikayət indeksi göstərən sığorta şirkətidir. “AtaSığorta” ASC 1,03 ilə orta şikayət indeksi göstəricisi ilə qiymətləndirilmişdir.
“Xalq Sığorta” ASC 0,92 ilə aşağı şikayət indeksi göstərir, “Meqa Sığorta” ASC 0,77 ilə aşağı şikayət indeksi ilə qiymətləndirilir. “Qala Sığorta” ASC 0,51 və “Azərbaycan Sənaye Sığorta” ASC 0,42 ilə ən aşağı şikayət indeksinə sahib sığorta şirkətləri sırasına daxildir.