Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin dekabr ayına dair bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb.
GDP xəbər verir ki,təqdim olunan cədvələ əsasən, Bank BTB ASC ən yüksək şikayət indeksi (2.74) ilə diqqət çəkir və bu, müştəri xidmətlərində ciddi problemlərin mövcudluğunu göstərir.
Eyni zamanda, TuranBank ASC (2.47) və Bank of Baku ASC (2.44) də yüksək şikayət indeksi ilə müştəri məmnuniyyəti baxımından çətinliklər yaşayan banklar arasında yer alır.
Orta şikayət indeksinə malik olan banklar arasında Unibank ASC (2.09), Yelo Bank ASC (2.06), ExpressBank ASC (1.62) və Rabitəbank ASC (1.50) yer alır.
Daha yaxşı göstəricilər əldə edən banklar arasında AFB Bank ASC (1.25), AccessBank QSC (1.23) və Kapital Bank ASC (1.00) kimi banklar orta səviyyəli şikayət indeksinə sahibdirlər və ümumi müştəri xidmətlərinin qənaətbəxş olduğunu göstərirlər. Aşağı şikayət indeksinə malik olan banklar, o cümlədən PAŞA Bank ASC (0.20), Bank VTB (Azərbaycan) ASC (0.49) və Xalq Bank ASC (0.62), müştəri məmnuniyyətinin təmin edilməsində nümunəvi nəticələr əldə etmişdir