Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun sərəncamı ilə qurumda yeni təyinat olub.
GDP xəbər verir ki, Fuad Fərman oğlu İsayev AMB-nin Baş direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə,1982-ci ildə Gürcüstanın Qardabani rayonunda anadan olan F.İsayev Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergilər və vergitutma” ixtisası üzrə bakalavr, “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. O, bu təyinata qədər Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.