Mərkəzi Bankda Azərbaycan Sığortaçılar Assosiasiyasının və ölkənin aparıcı sığorta şirkətlərinin rəhbərlərinin iştirakı ilə sığorta sektorunda rəqəmsal transformasiya və innovasiyaların təşviqi ilə bağlı tədbir keçirilib.
Tədbirdə sığorta sahəsində rəqəmsal dəyişikliklər, texnoloji yeniliklərin tətbiqi, startaplarla əməkdaşlıq perspektivləri və sığorta texnologiyalarının gələcək inkişaf istiqamətləri geniş şəkildə müzakirə edilib. Mərkəzi Bankın ekspertləri ilə sığorta şirkətlərinin nümayəndələri arasında texnoloji dəyişikliklər dövründə yaranan imkanlar və çətinliklər barədə fikir mübadiləsi aparılıb. Tədbirin interaktiv formatında iştirakçıların maraqlı sualları da cavablandırılıb. Bu görüş, sığorta sektorunun rəqəmsal inkişafına dəstək vermək və innovativ həllərin tətbiqini sürətləndirmək məqsədi daşıyır. belə yazılmalı idi