Azərbaycan Mərkəzi Bankı (AMB) “AFB Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, inzibatçı təyinatı ilə bağlı qərarın qəbul edildiyi tarixdən 5 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” qanunun 15.2-ci maddəsi ilə müəyyən edilmiş tələbə “AFB Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq banka daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.