Mərkəzi Bankın Maliyyə Sektorunun İnkişaf Strategiyasının 2024-cü il üzrə icra faizi ilə bağlı hesabat açıqlanıb.
GDP xəbər verir ki, hesabata əsasən, strategiyanın ümumi icra faizi 81.8% təşkil edib, cəmi 18.2%-lik fəaliyyət istiqamətləri üzrə gecikmələr müşahidə olunub. Sektorlar üzrə təhlil göstərir ki, ən yüksək icra göstəricisi “Peşəkar inkişaf və maliyyə məlumatlılığı” sahəsində qeydə alınıb – 100% icra olunub.
Digər sahələr üzrə icra faizləri də müsbət dinamika göstərir: “Rəqəmsal maliyyə” sahəsində 88.9%, “Ödəniş sektoru”nda 88%, “Sığorta sektoru”nda 86.2%, “Bank sektoru”nda 79.2% və “Dayanıqlı maliyyə”də 76.9%-lik icra səviyyəsinə nail olunub. Ən aşağı icra göstəricisi “Kapital bazarları” sahəsində müşahidə edilib – 69.4%. Bu sahədə hələ də 30.6%-lik fəaliyyətlərin tamamlanması gözlənilir.