Görüşün sonunda effektiv fəaliyyətin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin icrası barədə qərar qəbul olunub.
GDP xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Vüsal Xəlilov Azərbaycan Banklar Assosiasiyasına üzv olan bankların nümayəndələri ilə görüşüb.
Görüş zamanı Mərkəzi Bank tərəfindən innovativ maliyyə texnologiyalarının tətbiqi və rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs olunub. Bu istiqamətdə icra olunan layihələrə banklar tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsinin və layihələrin idarə edilməsinin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb. Görüşdə həmçinin layihələrin icra müddətlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda effektiv fəaliyyətin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin icrası barədə qərar qəbul olunub.