Azərbaycanın bank sektorunun aktivlərinin artımında iki əsas amil – Maliyyə Nazirliyinin depozit hərracları və fiziki şəxslərin müddətli depozitləri olduğu bildirilib.
GDP xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi Departamentinin direktoru Ataxan Həsənov açıqlayıb.
Hesabat dövründə fiziki şəxslərin müddətli depozitlərinin 9,4% artdığı qeyd edilib. Sevindirici bir digər göstərici kimi isə, unikal fiziki şəxslərin müddətli depozitlərinin sayının artması göstərilib. Bu göstərici ötən ildən etibarən əhəmiyyətli artım tendensiyası yaradıb və yarımillik dövrdə 11,7% artaraq 167 min əmanətçiyə çatıb.