Anım Günü münasibətilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi və kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib.
Bu məqsədlə Zəfər parkını ziyarət edən Bank nümayəndələri şəhidlərin əziz xatirəsini dərin hörmətlə anaraq Zəfər abidəsinin önünə gül dəstələri düzüblər.
Ziyarət zamanı şəhidlərin xalqımız və dövlətimiz üçün göstərdikləri qəhrəmanlıq və fədakarlıq bir daha xatırlanıb, onların əziz xatirəsi ehtiramla yad edilib.