31 avqust 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 11 milyard 783,5 milyon ABŞ dolları təşkil edib.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, iyul ayının sonu ilə müqayisədə Avqust ayında rəsmi valyuta ehtiyatları 17,8 milyon dollar artıb.
1 iyul 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 765,7 milyon ABŞ dolları təşkil etmişdi.
2024-cü ilin 8 ayı ərzində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 170,5 milyon dollar artıb.