30 sentyabr 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 11 milyard 795,8 milyon ABŞ dolları təşkil edib.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, rəsmi ehtiyatlar Sentyabr ayında 12,3 milyon dollar artıb.
30 Avqust 2024-cü il tarixində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyard 783.5 milyon dollara çatmışdı.
2024-cü ilin 8 ayı ərzində rəsmi ehtiyatlar 182,8 milyon dollar artıb.