Ötən həftə Azərbaycan Mərkəzi Bankının sədr müavini Əliyar Məmmədyarov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.
GDP xəbər verir ki,görüş zamanı ölkədəki fintex ekosistemini təmsil edən təşkilatların ötən rübdəki fəaliyyət nəticələri geniş müzakirə olunub.
Görüş çərçivəsində rəqəmsal ödənişlərin təşviqi, Açıq bankçılıq sisteminin tətbiqi və fintexlər ilə maliyyə sektorunun digər iştirakçıları arasında qarşılıqlı əməkdaşlıq imkanları kimi vacib məsələlər müzakirə edilib.
Eyni zamanda, sektor nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.