Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
GDP xəbər verir ki, görüşdə BVF-nin Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyası çərçivəsində görülən işlər, maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi və BVF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi məsələləri müzakirə edilib.
Həmçinin, missiya tərəfindən hazırlanmış bəyanatın əsas istiqamətləri və Mərkəzi Bank ilə BVF arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər arasında davam edən əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Bu görüş, Azərbaycanın maliyyə sabitliyinin təmin edilməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində davam edən əməkdaşlığın bir hissəsidir.