Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə növbəti dəfə görüş keçirilib.
GDP -nin məlumatına görə bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, görüş zamanı bank sektorunun üçüncü rüb üzrə fəaliyyəti, əldə olunan nəticələr və növbəti dövr üzrə hədəflər müzakirə olunub.
Həmçinin ölkədəki makroiqtisadi vəziyyət, son iqtisadi göstəricilər və bunların maliyyə sektoruna təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb, sektor nümayəndələrinin təklifləri dinlənilib.
Kazımov qeyd edib ki, COP29 zamanı ümumiliklə maliyyə sektorunun qarşısında duran məsələlər və planlaşdırılan fəaliyyət sahələri də müzakirə olunub.