Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əliyar Məmmədyarov, bu gün keçirilən Maliyyə Sabitliyi Hesabatının təqdimatı ilə bağlı mətbuat konfransında, bank sektorunun stres testlərinin nəticələrini açıqlayıb.
Məmmədyarov bildirib ki, bank sektorunun dayanıqlığı stres şəraitində aparılan makroiqtisadi ssenarilər əsasında qiymətləndirilib və bu testlər bankların potensial risklərə qarşı mövcud kapital mövqeyinin güclü olduğunu göstərib.
Əliyar Məmmədyarovun sözlərinə görə testlərdə, baza ssenarisi ilə yanaşı, yüksək risklərə əsaslanan çox aşağı ehtimal olunan sərt ssenarilər də nəzərə alınıb. “Hətta ən pessimist ssenaridə belə, bank sektoru üzrə kapital eroziyası baş versə də, sektorun kapital adekvatlığı minimum normativləri 1.5 dəfə üstələyir.”