Mərkəzi Bankın sədri Taleh Kazımov, Al Ula CEME 2025 konfransı çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşin ilə ikitərəfli görüş keçirib.
GDP xəbər verir ki,görüşdə əsasən mərkəzi banklar tərəfindən monetar siyasət sahəsində həyata keçirilən islahatlar, rəqəmsal valyutaların və maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin qurumlar arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, bilik və təcrübə mübadiləsinin təşkili kimi məsələlər də müzakirə olunub. Tərəflər, maliyyə sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin və innovativ yanaşmaların tətbiqinin hər iki ölkə üçün faydalı olacağını qeyd ediblər.
Bu görüş, Azərbaycan və Çin mərkəzi bankları arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım hesab olunur.