Mərkəzi Bankın sədri Taleh Kazımov Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində beynəlxalq maliyyə mərkəzi olan Əbu-Dabi Qlobal Bazarında olub.
GDP xəbər verir ki, görüş zamanı mərkəzin təqdim etdiyi imkanlar, ölkədə və regionda innovasiyaların və maliyyə texnologiyalarının təşviqi, həmçinin əlverişli biznes mühitinin formalaşdırılmasına verdiyi töhfələr müzakirə edilib.
Tədbirdə həmçinin mümkün gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu görüş Azərbaycanın maliyyə sektorunda innovasiyaların genişləndirilməsi və beynəlxalq təcrübələrdən istifadə etmək istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.
Mərkəzi Bankın rəhbərliyi ölkənin maliyyə sisteminin müasir standartlara uyğunlaşdırılması və beynəlxalq maliyyə mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi üçün səylərini davam etdirir.