Mərkəzi Bankın sədri Taleh Kazımov, ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə görüş keçirib.
GDP xəbər veroir ki, görüşdə bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və qarşıya çıxan çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Taleh Kazımov görüş zamanı, həmçinin son makroiqtisadi meyillər, cari ilin hədəfləri və sektorun gələcək inkişafı ilə bağlı əhəmiyyətli məsələləri müzakirə edib. Bank rəhbərləri, ölkə iqtisadiyyatının vəziyyəti, maliyyə sektoru ilə əlaqədar cari və gələcək risklər, habelə sektorda həyata keçirilməsi planlaşdırılan islahatlar barədə fikirlərini bölüşüblər.
Müzakirələrin əsas mövzularından biri, bank sektorunun inkişaf perspektivləri, rəqabət qabiliyyətinin artırılması və maliyyə sabitliyinin təmin olunması olub. Görüşün sonunda, iştirakçılar qarşıya qoyulan hədəflərin reallaşdırılması və sektordakı mövcud problemlərin həlli üçün konkret təkliflər təqdim ediblər.

