Mərkəzi Bankın sədri Taleh Kazımov Mastercard şirkətinin Şərqi Avropa region üzrə prezidenti Yasemin Bedirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı ölkədə Mastercard-ın cari fəaliyyəti müzakirə olunub. Əsas diqqət ödəniş sistemləri sahəsində rəqəmsallaşmanın təşviqinə və texnoloji sahədə ikitərəfli maraq doğuran digər mühüm məsələlərə yönəldilib.
Tərəflər həmçinin gələcək əməkdaşlıq imkanlarını genişləndirmək və innovativ ödəniş həllərinin tətbiqini sürətləndirmək barədə fikir mübadiləsi aparıblar.