Mərkəzi Bankın sədri Taleh Kazımov, Mentorluq proqramı çərçivəsində keçirilən dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Sənan Mustafayev və İsmayıl Hüseynov ilə növbəti dəfə görüşüb. Görüşdə qaliblərin proqram çərçivəsində növbəti fəaliyyət istiqamətləri və peşəkar təşəbbüsləri müzakirə edilib.
Taleh Kazımov, görüşdə həmçinin, qaliblərə gələcək strateji inkişaf planları və bank-maliyyə sektorunda uğur əldə etmək üçün praktiki tövsiyələr verib. Müzakirələr zamanı, həmçinin sektordakı inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. “Yüksəliş” müsabiqəsinin qalibləri, bu görüşün öz peşəkar inkişaflarına böyük töhfə verdiyini və növbəti mərhələlərdə daha böyük addımlar atmaq üçün vacib istiqamətləri müəyyən etdiklərini qeyd ediblər.