Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İbrahim Məmmədzadə və Fərahim Hacıyev ilə növbəti görüşünü keçirib.
GDP xəbər verir ki,görüşdə qaliblərin fərdi inkişaf proqramı çərçivəsində bir sıra strateji məsələlər müzakirə olunub.
Xüsusilə, kapital bazarlarının inkişafı, dayanıqlı maliyyələşmənin genişləndirilməsi, istiqraz və səhm ticarətinin təşviqi kimi mühüm istiqamətlər nəzərdən keçirilib. Həmçinin bu sahədə yeni tənzimləyici alətlərin hazırlanması müzakirə edilib.
Taleh Kazımov qaliblərə idarəetmə bacarıqlarının artırılması üzrə tövsiyələrini verərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.