Nağdsız ödənişlərin artması ilə paralel olaraq fırıldaqçıların bu sahəyə marağı da çoxalır.
GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB( Ödəniş sistemlərinin İnkişafı və siyasət şöbəsinin rəhbəri Rəşad Qasımov VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib ki, fırıldaqçılıq halları ilə mübarizə tədbirlərinin genişləndirilməsinə xüsusi zəruriyyət yaranıb.
Qasımovun sözlərinə görə, gücləndirilmiş müştəri audioidentifikasiyasının tətbiqi banklar üçün xüsusi tələblərin müəyyən edilməsi və daha təhlükəsiz ödənişlərin həyata keçirilməsinin təmin edilməsi məqsədini daşıyır.