Azərbaycan Mərkəzi Bankının sədr müavini Əliyar Məmmədyarov Bankın nümayəndə heyətinin İllik Toplantılarda iştirakı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədr müavini Barnabas Viraq ilə görüşüb.
GDP xəbər verir ki, görüşdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, eləcə də qarşılıqlı təlim və təcrübə mübadiləsi səfərlərinin təşkil olunması yüksək qiymətləndirilib.
Görüş zamanı ölkələr arasında mövcud iqtisadi əlaqələr, makroiqtisadi vəziyyət və maliyyə sektorları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.