Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində “Aktiv əsaslı maliyyələşdirmə üzrə Metodoloji Rəhbərlik” layihəsini hazırlayıb.
GDP xəbər verir ki. məlumata görə, layihə alternativ maliyyə alətləri üzrə müvafiq hüquqi və tənzimləyici mexanizmlərin işlənib hazırlanması və onların tətbiqinin dəstəklənməsi məqsədilə hazırlanıb.
Bu məqsədlə, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri üçün xüsusi təlim təşkil olunub. Təlimdə alternativ maliyyələşmə məhsulları üzrə hesabatlıq çərçivəsi, aktiv əsaslı maliyyələşdirmə məhsullarının növləri, tətbiqi üsulları, işləmə prinsipləri və bu sahədə beynəlxalq təcrübə müzakirə olunub.
Açıqlandığına görə, Metodoloji Rəhbərliyin əsas məqsədi kredit təşkilatları arasında qeyri-ənənəvi kreditləşmə həllərinin tətbiqinə dair bilik və bacarıqların artırılması, bu məhsullar üzrə risklərin səmərəli idarə olunması və kiçik-orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir.
Xəbər verilir ki, layihə yekunlaşdıqdan sonra bütün bank və bank olmayan kredit təşkilatlarına təqdim olunacaq.

