2024-cü ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 48 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.
GDP xəbər verir ki,bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb.
Məlumata görə,hesabat dövründə xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar nəzarət tədbirlərinin aparılması təşkil etmişdir. Belə ki, Prokurorluq orqanlarının məktublarına və qərarlarına əsasən 23 təşkilatda yoxlamalar aparılmış, bu yoxlamalarla 1990,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş, yoxlama materialları nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.