ARDNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam şəkildə köçürülməsi və cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, 2024-cü ildə xam neftin bir barelinin qiymətinin 65 ABŞ dolları ssenarisində icmal büdcədə 2,9 milyard manat kəsir, 85 ABŞ dolları ssenarisində isə 1,3 milyard manat kəsir olacağı gözlənilir.
GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında məlumat verilib.
2024-cü ilin yenidən baxılan büdcəsində icmal büdcənin gəlirləri 43,5 milyard manat, o cümlədən icmal büdcənin neft-qaz gəlirləri 19,1 milyard manat proqnozlaşdırılır. Birdirilib ki, cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi icmal büdcənin gəlirləri təqribən 0,8 milyard manat artması və ya azalmasına səbəb olur.