Aprel ayından başlayaraq, Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının kommersiya banklarında yerləşdirilməsi məqsədilə keçirilən depozit hərracları nəticəsində bank sektorunda likvidlik artıb.
GDP xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, bu artım AZIR indeksinin azaldıcı təsirinə səbəb olub.
Bildirilir ki,may və iyun aylarının əvvəlki dövrü ərzində AZIR indeksinin orta günlük səviyyəsi 6.7% olub. Mərkəzi Bank, banklararası pul bazarındakı prosesləri və beynəlxalq təcrübəni nəzərə alaraq, Avropa Yenidənqurma və İnkişaf Bankıilə əməkdaşlıq çərçivəsində AZIR indeksinin hesablanmasının yeni və daha təkmil qaydalarını hazırlayıb və təsdiq edib.
Mərkəzi Bank xatırladır ki, ötən ilin ikinci yarısında hökumət hesablarının qalığının artması qısamüddətli faizlərə artırıcı təsir göstərsə də, bu il depozit hərracları nəticəsində bank sektoru daha çox likvidlik əldə edib, nəticədə AZIR indeksi azalmağa başlayıb. Mərkəzi Bank, bu dəyişiklikləri nəzərə alaraq, faiz dəhlizinin parametrlərini müəyyən edir.