Aprelin ilk ongünlüyündə 7.68% olan orta günlük səviyyə ilə qeyd olunan 1D AZIR indeksi, ikinci ongünlükdə 7.21%-ə düşüb. Bu azalmanın arxasında isə ölkə bank sisteminin likvidlik mövqeyinə təsir edən bir sıra daxili amillər durub.
Xüsusilə, 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının depozit formasında sistem əhəmiyyətli banklara yerləşdirilməsi üzrə hərracın keçirilməsi, bank sisteminin likvidlik mövqeyinə müsbət təsir göstərib.
Bunun nəticəsində isə pul bazarında likvidliyin artması 1D AZIR indeksinə aşağı yönəlmiş təzyiq yaratmışdır.