Xalis xarici aktivlər yanvar-noyabr ayları arasında 24559.4 milyon manatdan 27186.9 milyon manata yüksələrək 2627.5 milyon manat və ya 10.7% artıb.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki,dekabr ayında isə bu göstərici 26610.1 milyon manata enərək ilin əvvəli ilə müqayisədə 2050.7 milyon manat və ya 8.4% artım nümayiş etdirib.
Xalis daxili aktivlər yanvar-noyabr dövrü ərzində 20339.2 milyon manatdan 17504.9 milyon manata enərək 2834.3 milyon manat və ya 13.9% azalıb. İlin sonunda isə bu göstərici 19884.7 milyon manata yüksəlsə də, yanvar ayı ilə müqayisədə 454.5 milyon manat və ya 2.2% azalma qeydə alınmışdır.
İqtisadiyyata tələblər yanvardan dekabra qədər 23979.4 milyon manatdan 27234.3 milyon manata yüksələrək 3254.9 milyon manat və ya 13.6% artım.
Geniş pul kütləsi il ərzində 44898.7 milyon manatdan 46494.8 milyon manata çataraq 1596.1 milyon manat və ya 3.6% artım göstərmişdir. Manatla ifadə olunan geniş pul kütləsi isə 34235.3 milyon manatdan 36652.0 milyon manata yüksələrək 2416.7 milyon manat və ya 7.1% artıb.
Manatın dövriyyə sürəti ilin əvvəlində 3.20-dən oktyabr ayında maksimum 3.59 səviyyəsinə çataraq 12.2% artıb, ilin sonunda isə 3.45-ə enərək yanvar ayı ilə müqayisədə 7.8% artıb.