“Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib ki, 2025-ci ildə Bakıda keçiriləcək Beynəlxalq Bank Forumunda maraqlı müzakirələr və təqdimatlar gözləyilir.
GDP xəbər veir ki,forum çərçivəsində “Mastercard”ın təşkil etdiyi sessiyalarda agent kommersiyası, ani ödənişlər, kibertəhlükəsizlik və süni intellekt hazırlığı kimi rəqəmsal maliyyənin gələcəyini formalaşdıran ən son trendlər təqdim olunacaq.
Emil Zeynalov vurğulayıb ki, şirkət nüfuzlu tərəfdaşları ilə birgə tədbirdə iştirak etməkdən məmnun olduğunu ifadə edərək, həmçini forum iştirakçılarını “Qiymətsiz Təcrübəyə” həsr olunmuş “Mastercard” standına dəvət etdi. Bu interaktiv məkanda texnologiya və emosiyaların birləşməsi sayəsində insanların ödənişlərlə qarşılıqlı əlaqəsi tamamilə yeni formada təqdim olunacaq.
Tədbir iştirakçıları rəqəmsal maliyyə sahəsindəki ən son yeniliklərlə tanış olmaq və peşəkar şəbəkəni genişləndirmək imkanı əldə edəcəklər.

