Microsoft bu il ABŞ və Çindəki rəqiblərindən iki dəfə çox Nvidia çipi satın alıb.
GDP xəbər verir ki,şirkət, süni intellekt infrastrukturasına investisiyalarını artıraraq, ümumilikdə 485 min Nvidia Hopper çipi alıb. Bu göstərici ilə Microsoft, Nvidia-nın ABŞ-dakı növbəti ən böyük müştərisi olan Meta-nı (224 min çip) və bulud hesablama sahəsində rəqibləri olan Amazon və Google-u geridə qoyub.
Texnologiya üzrə konsaltinq şirkəti Omdia-nın analitikləri qeyd edirlər ki, Microsoft-un süni intellekt texnologiyalarına böyük marağı şirkəti bu sahədə lider mövqeyə çıxarıb.