İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla görüşüb.
GDP xəbər verir ki,görüşdə tərəflər yaşıl enerji keçidində beynəlxalq əməkdaşlığın təşviqi, Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Azərbaycanın emissiyaların azaldılması, iqlimə davamlılığın təmin edilməsi və aşağı karbonlu biznes strategiyalarına keçid kimi qlobal çağırışlara uğurlu adaptasiyası da müzakirə olunub.
Mərkəzi Asiya ölkələrindən Azərbaycandan keçməklə Avropaya yaşıl enerjinin ixracı layihəsi də gündəmdə olub.
Tərəflər qlobal təchizatı sabitləşdirmək, bərpa olunan enerjinin payının artırılması və dayanıqlı biznes modellərinə investisiya cəlb etmək üçün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.