“İtaliyanın “Eni S.p.A.” şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşümüzdə qlobal enerji keçidi ilə bağlı fikirlərimizi bölüşdük.”
GDP xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Tvitter hesabında yazıb.
O bildirib : “Beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq əməkdaşlıq məsələlərini nəzərdən keçirdik.”