Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov San-Tome və Prinsipi Demokratik Respublikasının ətraf mühit naziri Nilda da Mata və planlaşdırma, maliyyə və mavi iqtisadiyyat naziri Qinesio da Mata ilə görüş keçirib. GDP xəbır verir ki, bu barədə Mikayıl Cabbarov rəsmi “Twitter” hesabında məlumat verib.
Görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və dayanıqlı biznes strategiyalarının formalaşdırılmasının əhəmiyyəti müzakirə olunub. Tərəflər iki ölkə arasında kənd təsərrüfatı, sənaye və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını araşdıraraq, iqtisadi əlaqələrin inkişafını təşviq etmək üçün mövcud potensialı nəzərdən keçiriblər. Həmçinin birgə fəaliyyətin prioritetləri üzrə bir sıra təkliflər də irəli sürülüb.