Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov İqlim Dəyişmələri üzrə COP29 Liderlər Sammiti çərçivəsində “Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərin birləşdirilməsi” mövzusunda keçirilən panel müzakirədə çıxış edib.
GDP xəbər verir ki, o, çıxışında gələcək uğurların təməlində dayanan üç əsas prinsipdən bəhs edib: inklüzivlik, bərabərlik və özəl sektorun prosesə cəlb edilməsi.
Nazir vurğulayıb ki, bu prinsiplər üzərində birgə səylərin qurulması ilə effektiv nəticələr əldə etmək mümkündür. Cabbarov həmçinin qeyd edib ki, indiyə qədər müxtəlif yanaşmalar sınaqdan keçirilsə də, əksəriyyəti nəzərdə tutulan məqsədlərə çatmayıb. “Bu üç prinsip gələcək əməkdaşlıqlarımızın və iqlim məqsədlərimizin təmin olunmasına yönəlmiş əsas istiqamətlərdir,” deyə o bildirib.
Bu çıxış, Azərbaycan iqtisadiyyatının davamlı və inklüziv inkişafını dəstəkləyərək, qlobal iqlim dəyişikliklərinə qarşı birgə mübarizə aparmaq üçün Azərbaycan hökumətinin öhdəliklərini bir daha vurğulayıb.