Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) vətəndaşlara qarşı həyata keçirilən genişmiqyaslı fişinq kampaniyasını aşkar edib. 580-ə yaxın yerli domenə aid e-poçt ünvanına və 12 mindən çox vətəndaşa saxta məktublar göndərilib.
GDP xəbər verir ki, məktublarda hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham bildirişləri yer alıb.
Xidmət vətəndaşlara şübhəli məktubları açmamağı, linklərin doğruluğunu yoxlamağı, şübhəli əlavələri yükləməməyi və belə hallarla qarşılaşdıqda quruma məlumat verməyi tövsiyə edir.

