Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilir.
GDP xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənəd layihəsini təqdim edir.
Dəyişiklikdə bildirilir: “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 36 milyard 353 milyon manat, xərcləri 39 milyard 707 milyon 300 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 35 milyard 577 milyon 753 min manat, yerli gəlirləri 775 milyon 247 min manat, mərkəzləşdirilmiş xərcləri 38 milyard 922 milyon 497 min manat, yerli xərcləri 784 milyon 803 min manat) məbləğində təklif edilir.”