Close Menu
    What's Hot

    Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

    26 Fevral 2026

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026

    SOCAR və Samsung E&A anlaşdı

    25 Fevral 2026
    Trending
    • Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI
    • Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
    • SOCAR və Samsung E&A anlaşdı
    • Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
    • ABŞ-ın nadir minerallardan asılılığı təhlükə yaradır: Çin faktoru
    • Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib
    • Seymur Adıgözəlov: “Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci yerdədir”
    • Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026
      Recent

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026

      Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

      24 Fevral 2026

      Vüsal Xəlilov: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil, əsas inkişaf alətidir”

      23 Fevral 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026

      Qızıl son 30 sessiyada volatillik baxımından bitkoini geridə qoyub

      02 Fevral 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026
      Recent

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026

      Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

      25 Fevral 2026

      Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

      23 Fevral 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » İqtisadiyyat » Milli Observatoriyanın 2024-cü ildə xalis zərəri 22% artıb, hər 1 manat gəlir üçün 65 manat əlavə xərc yaradıb
    Audit

    Milli Observatoriyanın 2024-cü ildə xalis zərəri 22% artıb, hər 1 manat gəlir üçün 65 manat əlavə xərc yaradıb

    07 Noyabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın  2024-cü ildə xalis zərəri əvvəlki ilə nisbətən 683,576 manat artaraq 3,762,069 manat-ə çatıb. Bu artım, əvvəlki ilə müqayisədə 22.2%yüksəlmişdir.

    Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın 2024-cü ildə  xalis zərərinin artımının əsas səbəbi, gəlirlərin artmasına baxmayaraq, əməliyyat xərclərinin kəskin şəkildə artmasıdır. 2023-cü ildə xidmət gəlirləri 2,400 manat, 2024-cü ildə isə 13,100 manat-a yüksəlib, bu da 445.8% artımı göstərir. Lakin, bu artım xərclərdəki artımın qarşısını ala bilməyib. 2023-cü ildə ümumi əməliyyat xərcləri 3,080,247 manat, 2024-cü ildə isə 3,773,350 manata yüksələrək 22.5% artıb. Nəticədə, hər 1 manat gəlir artımına qarşı təşkilat təxminən 65 manat əməliyyat xərci artımı yaşamışdır.

    Bu nəticə göstərir ki, gəlir artımı əməliyyat xərclərinin artışı ilə balanslaşdırılmayıb, nəticədə təşkilatın maliyyə vəziyyəti zəifləmişdir.

    Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın xalis zərərinin artmasında əsas rol oynayan xərc maddələrində ciddi artım müşahidə olunub. Ən böyük artım əmək haqqı xərcləri üzrə qeydə alınmışdır. 2023-cü ildə əmək haqqı xərcləri 2,554,633 manat olduğu halda, 2024-cü ildə bu məbləğ 332,412 manat artaraq 2,887,045 manata çatmışdır. Bu artım 13% təşkil edir və ümumi xərc artımının yarısına yaxındır. Bu artım, kadr sayının və ya əməkhaqqı fondunun artırılmasına işarə edə bilər.

    Bundan başqa, 2024-cü ildə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın  icarə xərcləri də 68.1% artaraq 347,814 manatdan 584,485 manata yüksəlmişdir. Bu artım təşkilatın ofis sahələrinin və digər əmlakların genişlənməsi ilə bağlı ola bilər. Amortizasiya xərcləri isə 81.4% artaraq 57,796 manat-dan 104,810 manat-a yüksəlmişdir ki, bu da təşkilatın yeni avadanlıqlar və infrastruktur alımlarını göstərir. İnzibati xərclər də 64.2% artaraq 120,004 manat-dan 197,010 manat-a çıxmışdır.

    Vergi xərcləri isə 646 manat-dan 1,891 manat-a yüksələrək 192.7% artmışdır. Lakin bu artım, birbaşa təsir göstərən amillərdən deyil, ümumi vergilərin artması ilə əlaqədardır.

    Xalis zərərin digər maliyyə göstəricilərinə təsiri

    Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın ötən il ərzində xalis zərərinin artması, təşkilatın maliyyə sağlamlığını da mənfi təsir edib. Ümumi aktivlər 419,765 manat və ya 13.9% azalıb. Xüsusilə, pul vəsaitləri 607,423 manat və ya 51.1% azalıb. Bu, zərərli fəaliyyətlərin və investisiyaların maliyyələşdirilməsi üçün nağd pul ehtiyatının tükənməsini göstərir. Ümumi kapital da 418,538 manat azalarak, 13.9%düşüb. Davamlı zərərlər, “Bölüşdürülməmiş Mənfəət/Zərər” hesabını mənfi təsir edir və kapitalın azalmasına səbəb olur.

    Həmçinin, əməliyyat pul axını mənfi olaraq 3,636,104 manat-ə düşüb. Bu, təşkilatın öz əsas fəaliyyətindən heç bir nağd pul gəliri əldə etmədiyini göstərir. Nəticə etibarilə, təşkilat özünü saxlamaq üçün tamamilə dövlət dəstəyindən(3,343,531 manat) asılıdır, amma bu vəsait də yəni dövlət dəstəyi də  2024-cü ildə 4.5% azalıb.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    SOCAR və Samsung E&A anlaşdı

    25 Fevral 2026

    Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

    25 Fevral 2026

    Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

    23 Fevral 2026

    Kanadanın neft şirkəti Azərbaycanda neft çıxaracaq

    19 Fevral 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.