Mis qiymətlərinin davamlı olaraq aşağı düşməsi qlobal iqtisadiyyatda uzunmüddətli durğunluğun yaşanacağına dəlalət edir.
GDP xəbər verir ki, Forbes nəşrinin məlumatına görə, 2024-cü ilin əvvəlində müşahidə edilən qiymət artımından sonra metalın dəyərində azalma müşahidə olunur.
İlin əvvəlində müşahidə edilən qiymət artımı iqtisadi ekspertlər tərəfindən müsbət göstərici kimi qiymətləndirilmişdi. Lakin son bir neçə ay ərzində mis bazarında müşahidə edilən qiymət azalması narahatlıq doğurur.
Qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi Çin iqtisadiyyatında müşahidə edilən uzunmüddətli durğunluq göstərilir. Çinin sənaye istehsalının zəifləməsi mis tələbatının azalmasına və nəticədə qiymətlərin düşməsinə səbəb olub.
Mis qiymətlərinin dinamikası ənənəvi olaraq qlobal iqtisadi vəziyyətin əsas göstəricilərindən biri hesab edilir. Bu metalın sənayedə geniş istifadəsi onun qiymət dəyişikliklərini iqtisadi fəallığın mühüm indikatoru edir.

