Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapan məlumatlara əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan proqnoza görə orta illik inflyasiya 2029-cu ildə 4,2% səviyyəsinə enəcək.
GDP xəbər verir ki, Nazirlik tərəfindən edilən qiymət proqnozlarında faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətlərinin aşağı düşməsi, nominal effektiv məzənnə indeksinin dinamikası və tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsi kimi amillər nəzərə alınıb.
Baza ssenari əsasında cari il üçün 5,4% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2029-cu ildə 4,2% səviyyəsinə enəcəyi gözlənilir. Bu, ölkədə qiymət sabitliyinin təmin edilməsi istiqamətində görülən işlərin effektivliyini əks etdirir.
Maliyyə Nazirliyinin Ortamüddətli Xərclər Çərçivəsi dövlətın maliyyə planlaşdırmasında və makroiqtisadi sabitliyin təmin edilməsində mühüm rol oynayır.